Ukraynada sərt karantin rejimi elan olunub

 19:25 07.01.2021     162

Ukrayna koronavirus xəstəliyinin kütləvi yayılmasına görə yanvarın 8-dən sərt karantin rejiminə keçib.

Redaktor.az xəbər verir ki, bununla bağlı qərar Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Sərt karantin rejiminə görə, yanvarın 8-i 00:00-dan yanvarın 25-i 00:00-dək ticarət-əyləncə mərkəzləri, idman zalları, fitnes mərkəzləri, hovuz və teatrların fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Bar, restoran, kafe və əyləncə obyektlərinə müştərilərin girişi qadağan olunub. Yalnız ərzaq dükanları, apteklər, yanacaq doldurma məntəqələri, maliyyə obyektləri, yeməklərin daşınması xidmətlərinin fəaliyyəti mümkün olacaq.

Bundan başqa şəhər, şəhərlərarası, vilayət daxili, vilayətlərarası sərnişin daşımalarında oturacaq sayından artıq sərnişin daşınması qadağan edilib. Ali və orta təhsil müəssisələri bu müddətdə qış tətilinə göndərilib. Yalnız uşaq bağçaları adi rejimdə fəaliyyət göstərəcək.

Sərt karantin rejimi bütün ölkə üzrə tətbiq edilib. //AZƏRTAC