Çak Şumer vitse-prezidenti Trampı vəzifəsindən uzaqlaşdırmağa çağırdı

 23:23 07.01.2021     89

Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer vitse-prezident Mayk Pensi hazırkı prezident Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün konstitusiyanın 25-ci düzəlişdən istifadə etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Çak Şumer "Twitter"də yazıb.

“Bu, prezidentin vəzifəsindən kənarlaşdırılması üçün ən sürətli və ən təsirli yoldur və bu gün edilə bilər. Əgər vitse-prezident dərhal 25-ci düzəlişə başlasa”, - o, "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, əgər Pens bunu etməkdən imtina edərsə, Konqres Trampa qarşı impiçment elan etməlidir. //Report