Co Bayden Kapitoli binasını zəbt edənləri terrorçular adlandırıb

 23:36 07.01.2021     389

ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Bayden hazırkı ölkə lideri Donald Trampın Vaşinqtonda iğtişaşlara səbəb olduğu qənaətindədir.

Redaktor.az xəbər verir ki, belə bir açıqlamanı o, ötən gün paytaxtda baş verən iğtişaşlara qiymət verərkən deyib.

“Onları etiraz aksiyasının iştirakçıları adlandırmağa cürət etməyin. Bu, iğtişaş, etiraz aksiyası deyildi, bu, xaos idi. Bu, üsyançı kütləsi, qiyamçılar, daxili terrorçulardan ibarət bir izdiham idi. Bu, Prezident Trampın demokratiyaya amansız hücumunun nəticəsi idi”, - deyə Bayden vurğulayıb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən