İlon Mask dünyanın ən varlı insanı oldu

"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask 188,5 milyard dollar sərvəti ilə "Amazon"un rəhbəri Ceff Bezosu geridə qoyaraq dünyanın ən varlı insanı olub.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd olunub ki, İlon Mask həm də son bir ildə ən çox gəlir əldə edən iş adamıdır.
Orxan İsmayıl / Redaktor.az