Pakistanda yeni raket sınaqdan keçirildi - DÜŞMƏN NƏZARƏTDƏDİR...

Pakistan Ordusu “Fateh-1” raket sistemini uğurla sınaqdan keçirib
Redaktor.az xəbər verir ki, 140 kilometr məsafədəki hədəfləri vura bilən raket sistemi Pakistan Ordusuna düşməni nəzarətdə saxlamaq üçün böyük imkanlar yaradacaq.
Pakistanın Baş nazir İmran Xan “Fateh-1” raket sisteminin uğurla sınaqdan keçirilməsi münasibətilə hərbi komandanlığı təbrik edib.
Qeyd edək ki, Pakistan Ordusu ötən il uzaqmənzilli “Qəznəvi” ballistik raketini uğurla sınaqdan keçirdiyini elan edib. Daha sonra isə “Raad II” raketinin sınaqları uğurla yekunlaşıb.
Orxan İsmayıl / Redaktor.az