Türkiyənin yeni dağıdıcı PUA-ları - ORDU İSTİFADƏ EDƏCƏK... / FOTO

Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal olunan “Aksunqur” PUA-ları hərbi qüvvələrin arsenalına daxil ediləcək.
Redaktor. az xəbər verir ki, 2020-ci ildə “Aksunqur”un sınağıının praktiki olaraq başa çatdığı, kütləvi istehsalına başlanıldığı bildirilib. Növbəti mərhələdə isə sözügedən PUA-lar ordunun istifadəsinə veriləcək.
Hərbi ekspert Hakan Kılıç MALE tipli PUA-lar sinfindən olan “Aksunqur”un bir sıra parametrlərə görə ən lazımi texnika olduğunu bildirib:
“Silahla təchiz olunmuş halda 28 saat, silahsız PUA kimi 55 saat havada qala bilən “Aksunqur” hava qüvvələri baxımından böyük əhəmiyyətə malik olacaq. Bundan əlavə, MK-81/82 bombaları kimi sursatların TEBER lazer tuşlama dəstəyi ilə inteqrasiyası başa çatıb”.
PUA-ların ilkin olaraq Hərbi Dəniz Qüvvələrinə verilməsi ehtimalı böyükdür.
Orxan İsmayıl / Redaktor.az