Aİ 300 milyon vaksin alacaq

 16:11 08.01.2021     366

Avropa Komissiyası "Pfizer-BioNTech" şirkəti koronavirus vaksininin satın alınması ilə bağlı sazişini yeniləyib.

Redaktor.az-ın məlumatına görə, sazişə əsasən, Avropa İttifaqı şirkətin istehsalı olan daha 300 milyon vaksin satın alacaq.

Bununla da, Aİ ümumilikdə 600 milyon "Pfizer-BioNTech" vaksini əldə edəcək.

Eyni zamanda Avropa Komissiyası Aİ ölkələrinə ikitərəfli şəkildə vaksin almağı qadağan edib. Qərara əsasən, vaksinlərlə əlaqədar bütün sazişlər yalnız Brüssel vasitəsilə həyata keçirilməlidir. //Trend.az