Leninqradda baş verən təyyarə qəzasının TƏFƏRRÜATI - YENİLƏNİB / FOTO

Bir neçə saat əvvəl Rusiyanın Leninqrad vilayətində qəzaya uğrayan “Piper-150” kiçik mühərrikli təyyarə yerə çırpılmamışdan əvvəl havada digər təyyarə ilə toqquşub.
Redaktor.az xəbər verir ki, bu barədə qəzanı araşdıran Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.
“Cessa” təyyarəsinin pilotu uçuş həyata keçirərkən göyərtəsində pilot və iki sərnişin olan “Piper-150” təyyarəsi ilə uçuş zolağında toqquşub.
“Cessa” təyyarəsi yüngül zədələnib, pilot təhlükəsiz eniş edə bilib”, - Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğunun yaydığı məlumatda bildirilir.
18:16
Rusiyanın Leninqrad vilayətində "Piper-150" kiçik mühərrikli təyyarəsi qəzaya uğrayıb.
Redaktor.az-ın məlumatına görə, təyyarədə dörd nəfər – üç böyük və bir uşaq olub. Böyüklər ölüblər, uşaq xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri və başqa təfərrüatı araşdırılır.
//Oxu.az