Xəstəxananın yaxınlığında güclü partlayış: Maşınlar torpağın altında qaldı / VİDEO

 18:29 08.01.2021     90

İtaliyanın Neapol şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulan xəstəxananın yaxınlığında maşın dayanacağında güclü partlayış baş verib.

Redaktor.az-ın məlumatına görə, partlayış böyük, 20 metr dərinlikdə çuxur yaradıb, nəticədə bir neçə maşın torpağın altında qalıb.

Hadisə nəticəsində xəstəxananın elektrik təchizatı kəsilib, təcili yardım generatorları qoşulub.

Hadisə yerində xilasetmə işçiləri işləyir. Partlayışın səbəbləri müəyyənləşdirilir.

Zərərçəkənin olmadığı bildirilir. //Oxu.az