Londonda fövqəladə vəziyyət elan edilib

Böyük Britaniyanın paytaxtı Londonun meri Sadiq Xan koronavirus pandemiyası ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib.
Redaktor.az-ın məlumatına görə, bu qərar paytaxt xəstəxanalarında yer çatışmazlığı təhlükəsi ilə əlaqədar verilib.
S. Xan bildirib ki, hazırda Londonda vəziyyət kritik həddə çatıb və virusun yayılma sürəti nəzarətdən çıxıb. //Open.az