Pakistanda koronavirusla bağlı SON VƏZİYYƏT

Son gün ərzində Pakistanda COVID-19-a 2425 nəfər yoluxub. Bu infeksiyaya yoluxanların ümumi sayı 497 min 510 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, son sutkada COVID-19-dan 48 xəstə ölüb. Bu virusdan ölənlərin sayı 10 min 558 nəfərə çatıb.
Qeyd olunur ki, müalicə müəssisələrində 33 min 124 xəstə var, onların 2 min 285-nin vəziyyəti kritikdir.
Pandemiya dövründə Pakistanda 453 min 828 pasiyent müalicə olunaraq evə buraxılıb.
Bu günədək ölkədə 7 milyon 2 min 706 test aparılıb. //AZƏRTAC