Gürcüstanda 20 Yanvar mövzusunda müsabiqə elan olunub

 20:05 08.01.2021     248

Azərbaycanın Gürcüstandakı səfirliyi 20 Yanvar – 9 Aprel hadisələri mövzusunda “Müstəqilliyə aparan yol - Azərbaycan-Gürcüstan” adlı rəsm və inşa müsabiqəsi elan edib.

Redaktor.az xəbər verir ki, müsabiqədə Gürcüstanın 15 yaşdan yuxarı vətəndaşları iştirak edə bilərlər. Mövzü üzrə ən yaradıcı rəsm və inşa yazısı təqdim edəcək şəxslər səfirlik tərəfindən hər iki nominasiya üzrə mükafatlandırılacaqlar.

Müsabiqənin nəticələri 18 yanvar 2021-ci il tarixində açıqlanacaq.

İlk üç yeri tutacaq müsabiqə iştirakçıları Azərbaycan səfirliyində səfir Faiq Quliyev və Gürcüstanın hökumətinin səlahiyyətli nümayəndəsi tərəfindən təltif olunacaqlar.

Müsabiqəyə qatılacaq şəxslərdən mövzü üzrə rəsm əsərlərini səfirliyə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etmələri, həmçinin Azərbaycan və ya gürcü dillərində inşa yazanlardan öz işlərini 17 yanvar 2021-ci il tarixinədək səfirliyin [email protected] elektron poçtuna göndərmələri xahiş olunur. //Report