Koronavirusun ən təhlükəli növü yayıldı - YOLUXANLAR VƏ ÖLƏNLƏR ARTIR...

ABŞ-da koronavirusun mutasiyaya uğramış yeni növü aşkar olunub.
Redaktor.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Hazırlanan hesabatda qeyd olunub ki, yeni növ virus İngiltərədə mutasiyaya uğramış formadan daha sürətlə yayılır. Həmçinin, maska taxmaq, sosial məsafə gözləmək kimi qaydalara əməl olunmasa, virusun daha böyük fəsadlara səbəb olacağı vurğulanıb.
"Worldometers" saytında yer alan məlumata görə, ABŞ-da son 24 saatda 205 min 594 yoluxma faktı qeydə alınıb, 2 min 246 nəfər isə koronavirusdan ölüb. Ümumilikdə ABŞ-da koronavirusa yoluxanların sayı 22 milyon 343 min 801, ölənlərin sayı isə 376 min 459 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az