HİNDİSTAN: Xəstəxanada yanğın - 10 körpə öldü / FOTO

Hindistanın Maharaştra əyalətində xəstəxananın reanimasiya şöbəsində yanğın olub.
Redaktor.az xəbər verir ki, yanğın yeni doğulmuş körpələrin yerləşdirildiyi şöbədə qeydə alınıb. Nəticədə, 10 körpə həyatını itirib, 7 körpə xilas olunub.
Yanğın yanğınsöndürən briqada tərəfindən söndürülüb.
Orxan İsmayıl / Redaktor.az