Dostunu xilas etmək üçün insanlardan “kömək istədi” - VİDEO

 18:13 09.01.2021     486

İt buzlu suya düşən dostunu xilas etmək üçün insanlardan “kömək istədi”.

Redaktor.az xəbər verir ki, hadisə Rusiyanın Nijni-Novqorod şəhərində baş verib. Donmuş çayın üzərində buz qırılıb və it ora düşüb. Onun dördayaqlı dostu isə ora-bura qaçıb, kömək istəyirmiş kimi zingildəyib.

Məhz bu zaman “Vyun” yanğın gəmisinin ekipaj üzvləri su sahəsini araşdırarkən iti görüblər. Onlar iti sudan çıxardıblar, xilasedici dostu ilə birlikdə yedizdirib, sərbəst buraxıblar.

Vumart və Güvən reklamı Vumart Güvən