Mindən çox avtomobil tıxacda qaldı - Yaponiya

 10:15 10.01.2021     684

Yaponiyanın mərkəzi hissəsindəki Fukui prefekyurasının rəhbərliyi bölgədə yağan güclü qar səbəbiylə mindən çox nəqliyyat vasitəsi tıxacda qalıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə “NHK” telekanalı xəbər yayıb.

Bununla əlaqədar olaraq Fukui rəhbərliyi tıxacı aradan qaldırmaq üçün əraziyə Yaponiyanın Özünümüdafiə Qüvvələrinin hərbçilərinin göndəriliməsi ilə bağlı çağırış edib.

Ötən həftənin ortalarından etibarən Yaponiya dənizinin sahillərinə və şimaldakı Hokkaydo adasına qar yağır. Bundan əvvəl hava şəraiti ilə əlaqədar yerli hava yolları 500-dən çox aviauçuşu ləğv edib. //Report