Türkiyədə yoluxanların sayı artdı - COVID-19

 21:11 10.01.2021     340

Son sutka ərzində Türkiyədə yeni növ koronavirusdan 176 nəfər ölüb. 

Redaktor.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, həmçinin daha 9 138 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.

Qeyd edək ki, Türkiyədə indiyə qədər 2 326 256 nəfər COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 198 150 nəfər sağalıb, 22 807 nəfər isə ölüb. //Oxu.az