Şimali Koreya lideri dünyanı təhdid etdi - SİYAHI AÇIQLANDI

 10:23 11.01.2021     697

Şimali Koreya Prezidenti Kim Çen In ölkəsinin inkişaf etdirdiyi yeni texnologiyalarla təchiz olunmuş silahların siyahısını açıqlayıb.

Redaktor.az xəbər verir ki, siyahıda əsas məsələ kimi nüvə silahı anbarının gücləndirilməsi, dünyanın təhdid olunması qabardılıb.

Koreya Mərkəzi Xəbər Agentliyində (KCNA) yer alan məlumata görə, 5 il sonra paytaxt Pxenyanda keçirilən Koreya İşçi Partiyasının 8-ci Konqresində çıxış edən Şimali Koreya lideri Kim Çen In ölkəsinin rəsmi Vaşinqtonla dialoqa açıq olduğunu, bununla yanaşı, düşmənlə mübarizə aparmaq üçün hərbi və nüvə potensialını daha da artırmağın vacibliyini qeyd edib.

Şimali Koreya lideri çıxışında ABŞ-ı "əsas düşmən" adlandırıb: "ABŞ-da rəhbərliyə kim təyin olunsa da, onların əsas quruluşu və düşmən siyasəti əsla dəyişməyəcək".

Kim Çen In dövlətin müdafiə qabiliyyətinin daha yüksək səviyyəyə çatdırılacağını bildirib. O, ölkəsinin və xalqının təhlükəsizliyini qorumaq üçün hər şeyə hazır olduqlarını dilə gətirib.

Orxan İsmayıl / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən