İtaliyada daha 361 nəfər ölüb - COVID-19

İtaliyada son bir gündə koronavirusa 18 min 627 yoluxma faktı qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə daha 361 nəfər COVID-19-dan dünyasını dəyişib.
İtaliyada ümumilikdə 2 milyon 276 min 491 nəfər koronavirusa yoluxub, 78 min 755 nəfər isə virusdan vəfat edib.
Orxan İsmayıl / Redaktor.az