İstanbulda karantin qaydaları sərtləşdirildi

 15:54 11.01.2021     96

COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində İstanbulda yaşı 65-dən yuxarı, 20-dən aşağı olanların ictimai nəqliyyatdan istifadəsi müvəqqəti qadağan edilir.

Redaktor.az xəbər verir ki, bu barədə İstanbul Valiliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, qadağa yanvarın 15-dən etibarən qüvvəyə minəcək. Ümumiyyətlə bu yaş qruplarına daxil olanların günün müəyyən saatlarında evdən çıxmalarına icazə verilir.

Bundan əlavə Türkiyənin bir çox bölgəsində olduğu kimi, İstanbulda da əhalinin ictimai nəqliyyatdan istifadəsi xüsusi kodla mümkün olacaq. //AZƏRTAC