Ərdoğan Kılıcdaroğlunu məhkəməyə verib

 18:25 11.01.2021     126

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğluna qarşı məhkəmə iddiası qaldırıb. 

Redaktor.az məlumatına görə, Ərdoğanın partiya sədri ilə bağlı məhkəməyə müraciət etməsi sonuncunun öz çıxışında dövlət başçısının ünvanına “prezident adlandırılan” ifadəsini işlətməsi olub.  

Məhkəmə iddiasında Kılıcdaroğlunun bir milyon Türkiyə lirəsi məbləğində cərimələnməsi tələb edilir. //Oxu.az