Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

 22:15 11.01.2021     672

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 174 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 10,220 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 10,301, ağır xəstələr isə 2,783 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2,336,476 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2,208,451 nəfər sağalıb, 22,4981 nəfər isə ölüb.