Co Bayden ikinci dəfə peyvənd olunub

 23:26 11.01.2021     35

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden koronavirus əleyhinə “Pfizer” vaksininin ikinci dozasını alıb.

Redaktor.az xəbər verir ki, Baydenə Nyuarkda, iqamətgahından on-on beş kilometr məsafədə yerləşən hospitalda iynə vurulub.

ABŞ-ın yeni prezidenti vaksinin ikinci dozasını bu gün yerli vaxtla saat 13:35-də (Bakı vaxtı ilə saat 22:35) alıb.

Xatırladaq ki, ABŞ-ın yeni prezidenti ötən ilin 22 dekabrında da peyvənd edilib. Peyvənd proseduru Delaver ştatında, Nyuarkdakı "ChristianaCare" klinikasında baş tutub. ABŞ-ın yeni rəhbərinə həmin gün də "Pfizer" şirkətinin istehsalı olan ilk vaksin vurulub. //Report