Sirrini gizlətmək üçün ailə üzvlərini öldürdü

 22:27 12.01.2021     47

Kanadanın Markem şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Redaktor.az bildirir ki, 23 yaşlı Menhaz Zaman ailəsi ilə birlikdə Banqladeşdən Kanadaya köçüb.

Valideynləri oğullarının prestijli universitetdə mühəndis ixtisasında oxuduğunu güman etsələr də, oğlan onlara yalan danışırmış. Hətta hər gün təhsil almaq adı ilə evdən oyun zallarına gedirmiş. Bu, bir neçə il davam edib.

Diplom verilmə günü bütün yalanlarının ortaya çıxacağını bilən Menhaz ailə üzvlərini qətlə yetirmək qərarı verir. Günortadan sonra saat üçə yaxın, atası və kiçik bacısı evdə olmadıqda, gənc istirahət edən anasını öldürür. Təxminən bir saatdan sonra nənəsini, axşam işdən qayıdan bacısını və gecə yarısından sonra atasını öldürür.

Bundan sonra dostlarına ailəsinin qətlə yetirdiyini deyib. Əvvəlcə dostları hadisənin yalan olduğunu zənn etsələr də, gəncin meyitlərlə selfisi vəziyyəti dəyişib.

Hadisə ilə bağlı polisə məlumat verilib. Polis ertəsi gün səhər saatlarında gəncin yerini müəyyənləşdirib və evinə gəlib. Dörd nəfəri öldürən Menhaz Zamana 40 il ərzində əfv hüququ verilmədən ömürlük həbs cəzası verilib. //Report