COVID-19: Britaniyada son sutkda 45 mindən çox yoluxma qeydə alınıb

 22:42 12.01.2021     250

Böyük Britaniyada son sutka ərzində 45,533 nəfər koronavirusa yoluxub. 

Redaktor.az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb. 

Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 3,164,051 nəfərə çatıb.

Son sutka ərzində 1243 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 83,203 nəfərə çatıb. //APA