ABŞ Ordusuna təlimat verildi: HAZIR OLUN...

 09:48 13.01.2021     2567

ABŞ Ordusunun Baş Qərargah rəisi Mark Milley və ordu komandanları birgə məktub ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda, "Ölkəmizin daxilində və xarcində bizi qoruyan bütün əsgərlərimiz, hazır olun, gözlərinizi üfüqdə tutun" deyə qeyd olunub.

Məktubda yanvarın 21-də rəsmi şəkildə prezident seçilmiş Co Baydenin hakimiyyətə gələcəyi və Baş komandan olacağı öz əksini tapıb.

Həmçinin, ABŞ Ordusunun xalqı və konstitusiyanı qorumağa davam edəcəyi vurğulanıb.

Orxan İsmayıl / Redaktor.az

ABD ordusundan kritik açıklama: Hazır olun, gözlerini ufukta tutun