Fransada daha 362 nəfər ölüb - COVID-19

 12:41 13.01.2021     8646

Fransada son bir gün ərzində koronavirusa 19 min 752 yoluxma faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə daha 362 nəfər COVID-19-dan həyatını itirib.

Fransada koronavirusa yoluxanların ümumi sayı 2 milyon 806 min 590, ölənlərin sayı isə 68 min 802 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az