Yunanıstanda güclü zəlzələ olub

 15:17 13.01.2021     117

Yunanıstanın paytaxtı Afinada 5,2 bal gücündə zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə Amerika Geoloji Tədqiqatlar Mərkəzi (USGS) məlumat yayıb.

Məlumata görə, Aegio bölgəsində son 24 saat ərzində 4,7 və 4,5 bal gücündə daha iki zəlzələ qeydə alınıb. Zəlzələ ocaqları 2-10 km dərinlikdə yerləşib.

Orxan İsmayıl / Redaktor.az