Almaniyada daha 1060 nəfər ölüb - COVID-19

Almaniyada son bir gündə koronavirusa 19 min 600 yoluxma faktı qeydə alınıb.
Redaktor.az xəbərr verir ki, bu barədə Robert Koch İnstitutu məlumat yayıb.
Bildirilib ki, ölkədə daha 1060 nəfər COVID-19-dan dünyasını dəyişib.
Almaniyada koronavirusa yoluxanların ümumi sayı 1 milyon 953 min 426, ölənlərin sayı isə 42 min 637 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az