Milyarder Devid Barklay vəfat edib

 17:45 13.01.2021     61

Böyük Britaniyalı milyarder, media maqnatı Devid Barklay vəfat edib.

Redaktor.az-ın məlumatına görə, 86 yaşlı milyarder qısa sürən xəstəlikdən sonra vəfat edib.

O, Britaniyanın ən böyük qəzetlərindən olan “Daily Telegraph”ın şəriki olub.

Qeyd edək ki, Devid Barklay əkiz qardaşı Frederiklə birgə dövrünün ən uğurlu iş adamlarından hesab olunub. 2020-ci ildə “Sunday Times”in varlı şəxslərin siyahısında adı qeyd olunan D. Barklay otellər, qəzetlər və mağazalar zəncirindən ibarət 7 milyard funt-sterlinq varidata sahib olub. //APA