Türkiyədə Çin vaksinin tətbiqinə icazə verilib

Türkiyədə Çinin "Sinovac" şirkətinin isthsalı olan "CoronaVac" vaksinin tətbiqinə icazə verilib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Çindən gətirlən peyvənd 14 gün laborator şəraitdə incələnib və kifayət qədər etibarlıdır.
F. Koca bildirib ki, sabahdan etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq. //Report