Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 173 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9554 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 9463 nəfər sağalıb, ağır xəstə sayı isə 2652 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2,355,839 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2,227,927 nəfər sağalıb, 23,325 nəfər isə ölüb.