Mafiya başçıları məhkəməyə çıxarılır - QƏTLLƏR, İNSAN ALVERİ...

İtaliyanın ən təhlükəli cinayət təşkilatlarından biri olan "Ndrangheta" ilə bağlı istintaqa başlanılıb.
Redaktor.az xəbər verir ki, Kalabriya bölgəsinin cinayətkarlıqla mübarizə idarəsi "Ndrangheta" klanlarının siyasət, dövlət, iqtisadiyyat və mason dünyası ilə əlaqələrini araşdıracaq.
Məhkəmə prosesi təxminən 3 il davam edəcək və bu müddətdə 300-dən çox müttəhim mühakimə olunacaq.
Məhkəmə zamanı 600-dən çox vəkil fəaliyyət göstərəcək və 900-dən çox şahid ifadə verəcək.
İstintaqa Katanzaro Baş prokuroru Nikola Qratteri rəhbərlik edir. Müttəhimlər "silah qaçaqmalçılığı", "narkotik qaçaqmalçılığı", "qətl" və "mütəşəkkil cinayət təşkilatına üzv olmaq" kimi ümumilikdə 400 ittihamla təqsirli sayılırlar.
Qeyd edək ki, "Ndrangheta" Avropada narkotik ticarətinə nəzarəti ələ keçirməsi ilə uzun illər İtaliyanın ən güclü və varlı mafiyası olub.
Orxan İsmayıl / Redaktor.az