Almaniya iqtisadiyyatı ötən il 5% azalıb

Ötən il Almaniya iqtisadiyyatı COVID-19 pandemiyası səbəbindən 5% azalma yaşayıb.
Redaktor.az-ın məlumatına görə, bu məlumat ölkənin statistika idarəsinin dərc etdiyi ilkin göstəricilərində əks olunub.
Qeyd edilir ki, ÜDM-in azalması “Reuters”in 5,1%-lik azalma proqnozundan və 2009-cu böhranlı ildə qeydə alınan 5,7%-lik azalmadan daha yumuşaq olub.
Hesabat ilində Almaniyanın ixracı 10%-ə yaxın, idxalı isə 8,6% azalıb. Nəticədə, ölkənin müsbət ticarət saldosu və tədiyə balansının cari əməliyyatlar hesabının profisiti daralıb. //APA