Silvio Berluskoni xəstəxanaya yerləşdirilib

 20:13 14.01.2021     525

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni Monakoda xəstəxanaya yerləşdirilib.

Redaktor.az-ın verdiyi xəbərə görə, bu barədə S. Berluskoninin şəxsi həkimi Alberto Zanqrillo bildirib.

O, 84 yaşlı sabiq Baş nazirin ürəyində yaranan problemə görə təcili şəkildə Monte-Karloda xəstəxanaya yerləşdirildiyini vurğulayıb. A. Zanqrillo 2016-cı ildə S. Berluskoninin ürəyinin aorta qapağının dəyişdirildiyini xatırladıb.

Həkimi qeyd edib ki, S. Berluskoninin aritmik problemi var. //APA

Vumart və Güvən reklamı Vumart Güvən