“Sputnik V” peyvəndinin “Twitter” hesabı bloklandı

 23:44 14.01.2021     315

“Twitter” Rusiya istehsalı olan “Sputnik V” vaksininin hesabına girişi məhdudlaşdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondu məlumat yayıb.

“Sputnik V”nin “@sputnikvaccine” hesabı blok edildi. Səbəblərini araşdırırıq”, - İnvestisiyalar Fondunun yaydığı açıqlamada qeyd olunub.

Fond bütün abunəçilərdən hesablarına girişi bərpa etmək üçün “Twitter”lə əlaqə qurmalarını xahiş edir. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən