Koronavirusdan ölənlərin sayı 2 milyonu keçib

 09:55 15.01.2021     2863

Dünyada koronavirusdan ölənlərin sayı 2 milyonu keçib.

Redaktor.az xəbər verir ki, bununla bağlı məlumat "Worldometer" saytında yer alıb.

Qeyd olunub ki,dünyada koronavirusdan ölənlərin sayı 2 milyon 2 min 407-yə yüksəlib.

Ən çox ölüm faktı ABŞ-da qeydə alınıb (397 min 994 nəfər). Braziliyada 207 min 160, Hindistanda 137 min 916 nəfər COVID-19-dan dünyasını dəyişib.

Orxan İsmayıl / Redaktor.az