Almaniyada daha 1113 nəfər ölüb - COVID-19

 15:34 15.01.2021     223

Almaniyada son bir gün ərzində koronavirusa 22 min 368 yoluxma faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Robert Koch İnstitutu məlumat yayıb.

Bildirilib ki, ölkədə daha 1113 nəfər COVID-19-dan ölüb.

Almaniyada koronavirusa yoluxanların ümumi sayı 2 milyon 4 min 11, ölənlərin sayı isə 44 min 994 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az