Peruda güclü zəlzələ olub

 13:49 21.01.2021     716

Peruda 5,5 bal gücündə zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə Peru Geofizika İnstitutunun (IGP) Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Nazca vilayətindəki Markona şəhərindən 62 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 42 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Orxan İsmayıl / Redaktor.az