İngiltərədə daha 1290 nəfər ölüb - COVID-19

 10:04 22.01.2021     311

İngiltərədə son bir gündə koronavirusa 37 min 892 yoluxma faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə İngiltərə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 1290 nəfər COVID-19-dan ölüb.

İngiltərədə koronavirusa yoluxanların ümumi sayı 3 milyon 543 min 646, ölənlərin sayı isə 94 min 580 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az