İspaniyada daha 346 nəfər ölüb - COVID-19

 11:31 22.01.2021     371

İspaniyada son bir gündə koronavirusa 44 min 357 yoluxma faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə daha 346 nəfər COVID-19-dan ölüb.

İspaniyada koronavirusa yoluxanların ümumi sayı 2 milyon 560 min 587, ölənlərin sayı isə 55 min 41 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az