Çəyirtkə sürüsü Afrikanı cənginə aldı - DÜNYA ÜÇÜN TƏHLÜKƏ

 14:13 22.01.2021     6868

Keniyada çəyirtkə sürüsü 47 əyalətdən 27-nə yayılıb.

Redaktor.az xəbər verir ki, Efiopiya və Sudandan gələn səhra çəyirtkələri təsərrüfata ciddi zərər vurub. Keniya Kənd Təsərrüfatı naziri Peter Munya açıqlamasında, "Bölgələrimizdə vəziyyət gərgindir. Çəyirtkə hücumlarının ardı-arası kəsilmir" deyə qeyd edib.

Nazir lazımi tədbirlərin görüldüyünü, lakin bu təhlükəni qabaqlamağın çox çətin olduğunu vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qida və Kənd Təsərrüfatı Təşkilatının (FOA) verdiyi məlumata görə, Şərqi Afrika ölkələrini istila edən çəyirtkələrə qarşı mübarizədə 38 milyon dollara ehtiyac duyulur.

Qida təhlükəsizliyi üçün böyük təhlükə yaradan çəyirtkə sürüləri keçən il bölgədə yüz minlərlə hektar əkin sahəsini yararsız hala salıb.

Qeyd olunub ki, çəyirtkə sürüsü hər gün 150 kilometr yol qət edə bilir.

Orxan İsmayıl / Redaktor.az

Kenya çekirge sürülerinin istilası altında