SON DƏQİQƏ: Xankəndidə ŞOK hadisələr yaşanır - Maşında cəsədi tapıldı...

 14:59 22.01.2021     1396

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “prezidenti” Bako Saakyanın mühafizəçisi olmuş Artur Apresyan intihar edib.

Redaktor.az erməni mediasına istinadən xəbər verir ki, 22 yanvar tarixində, saat 00:05-də Xankəndidəki parkinqdə “Hyundai” markalı” markalı maşının sürücüsünün oturacağında 1985-ci il təvəllüdlü Artur Apresyanın meyiti tapılıb.

Onun başından güllə yarası aldığı, sağ əlində isə tapança olduğu qeyd edilib.

İlkin ehtimala görə, o, intihar edib. İntiharın səbəbləri açıqlanmayıb.

Mahir Xəttab \ Redaktor.az

Türkiyə ən müasir HMS-lər alır - S-400-dən sonra növbəti RAKET KOMPLEKSİ

 14:52 22.01.2021     4407

Türkiyə "Eurosam SAMP-T" havadan müdafiə sistemləri almaq üçün addımlar atır.

Redaktor.az xəbər verir ki, İtaliya və Fransanın ortaq istehsalı olan "SAMP-T" ən müasir müdafiə sistemlərindən biri sayılır.

Sözügedən qurğuların Türkiyə Silahlı Qüvvələrinin tərkibinə daxil olunması üçün artıq danışıqlara start verilib.

Qeyd olunub ki, 2018-ci ildə Türkiyə və Fransa prezidentlərinin görüşü zamanı bu məsələ müzakirə olunub, hətta ilkin razılığa gəlinib. Sonradan iki ölkə arasında yaranan diplomatik gərginlik prosesi təxirə salıb.

Türkiyənin gündəmində "SAMP-T" batareyasını birbaşa almaqla yanaşı, istehsala ortaq olmaq da var.

Orxan İsmayıl / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən