Türkiyə ən müasir HMS-lər alır - S-400-dən sonra növbəti RAKET KOMPLEKSİ

 14:52 22.01.2021     4408

Türkiyə "Eurosam SAMP-T" havadan müdafiə sistemləri almaq üçün addımlar atır.

Redaktor.az xəbər verir ki, İtaliya və Fransanın ortaq istehsalı olan "SAMP-T" ən müasir müdafiə sistemlərindən biri sayılır.

Sözügedən qurğuların Türkiyə Silahlı Qüvvələrinin tərkibinə daxil olunması üçün artıq danışıqlara start verilib.

Qeyd olunub ki, 2018-ci ildə Türkiyə və Fransa prezidentlərinin görüşü zamanı bu məsələ müzakirə olunub, hətta ilkin razılığa gəlinib. Sonradan iki ölkə arasında yaranan diplomatik gərginlik prosesi təxirə salıb.

Türkiyənin gündəmində "SAMP-T" batareyasını birbaşa almaqla yanaşı, istehsala ortaq olmaq da var.

Orxan İsmayıl / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən