“Təkrar yoluxma hadisəsi 30-dan çox deyil” - Mütəxəssis

 22:47 22.01.2021     211

“Dünyada koronavirusa təkrar yoluxma hadisəsi 30-dan çox deyil”.

Redaktor.az-ın məlumatına görə, bu barədə “Rospotrebnadzor”un Mərkəzi Epidemioloji-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov bildirib.

A.Qorelov qeyd edib ki, onlardan bir nəfəri dünyasını dəyişib:

“Təkrar koronavirusa yoluxanlardan ölən şəxsin yaşı 80-dən yuxarıdır. O, eyni zamanda xərçəngdən əziyyət çəkirdi”. 

Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri dünyada, təxminən, 97,5 milyon insan koronavirusa yoluxub, 2 milyondan çox ölüm qeydə alınıb. //APA