Koronavirusa yoluxanların sayı 3 milyonu keçib - Fransa

 10:38 23.01.2021     368

Fransada son 24 saatda koronavirusa 23 min 292 yoluxma faktı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 323 nəfər COVID-19-dan dünyasını dəyişib.

Fransada koronavirusa yoluxanların ümumi sayı 3 milyon 11 min 257, ölənlərin sayı isə 72 min 647 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az