Türkiyə xüsusi təyinatlıları hərəkətə keçdi - DAĞLARDA ƏMƏLİYYAT

 11:36 23.01.2021     467

Türkiyə təhülkəsizlik qüvvələri "Eren-3 Ağrı dağı əməliyyatı"na başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, PKK terror təşkilatını ölkə gündəmindən tamamən çıxarmaq və terrorçuları zərərsizləşdirmək məqsədilə əməliyyatlara start verilib. Bununla bağlı "Tendürek" və "Lice"dən sonra "Eren-3 Ağrı dağı əməliyyatı"na başlanılıb.

Əməliyyatda təhlükəsizlik qüvvələrinin müxtəlif qrupları və xüsusi təyinatlı qüvvələrdən ibarət 59 qrup və 1040 heyət üzvü iştirak edəcək.

Orxan İsmayıl / Redaktor.az

Son dakika: İçişleri Bakanlığı duyurdu! 'Eren-3 Ağrı Dağı' Operasyonu başlatıldı