Ermənistanda rusiyalı hərbçi ölüb

 12:07 23.01.2021     195

Ermənistanda Rusiyaya məxsus hərbi bazanın hərbiçisi yol qəzasında həlak olub.

Redaktor.az-ın məlumatına görə, qəza barədə məlumatı Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

"Yanvarın 23-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinə Gümrüdəki Bulvarain küçəsində bir avtomobilin yanması barədə siqnal daxil olub. Hadisə yerinə gələn xilasedicilər 25 yaşlı kişiyə məxsus "Opel Astra" markalı avtomobilin yük maşınına çırpıldığını müəyyən ediblər. Hadisə nəticəsində avtomobildə meydana gələn yanğın söndürülüb, xilasedicilər sürücünün cəsədini avtomobildən çıxarıblar", - məlumatda deyilir. //APA