İspaniyada fırtına ciddi fəsadlar törədib

 13:26 23.01.2021     356

İspaniyada "Hortense" fırtınası ciddi fəsadlar yaradıb.

Redaktor.az xəbər verir ki, İspaniya Meteorologiya Agentliyinin (AEMET) verdiyi açıqlamada güclü külək, dalğa, yağış və qar səbəbiylə Andalusiya və Kanar adalarının qərbindən başqa bütün bölgələrdə narıncı həyəcan elan olunduğu bildirilib.

Fırtınanın təsiri ən çox hiss edən bölgə təxminən 200 qəzanın baş verdiyi Qalisiya olub. Qəzaların əksəriyyəti ağacların aşması səbəbindən baş verib. Bəzi bölgələrdəki fırtınanın 8 metrə qədər dalğalara səbəb olduğu vurğulanıb.

Orxan İsmayıl / Redaktor.az