Sərnişin təyyarəsi lazer silahı ilə vuruldu - ÇOXLU SAYDA ÖLÜ... / ARAŞDIRMA

 11:40 25.01.2021     1039

8 mart 2014-cü il tarixində Malayziyanın paytaxtı Kuala Lumpurdan Çinin paytaxtı Pekinə uçan və radarladan itən təyyarə ilə bağlı yeni iddialar ortaya çıxıb.

Redaktor.az xəbər verir ki, sərnişin təyyarəsi 227 sərnişin və 12 heyət üzvü ilə havaya qalxıb. İçərisində 14 fərqli ölkənin vətəndaşı olan "Boeing 777" təyyarəsi təxminən 40 dəqiqə sonra radardan itib.

Hind okeanının sahillərində qalıqları tapılan, MH370 nömrəli təyyarənin qəzaya uğrama səbəbi hələ də tam məlum deyil.

Mütəxəssislər təyyarənin havada və ya okeana çırpılaraq parçalanması ilə bağlı müxtəlif fikirlər səsləndirirlər.

Yayılan hesabatda təyyarənin gecə yarısı qəfildən istiqamətini dəyişdirdiyi və saatlarla yeni marşrut üzrə hərəkət etdiyi qeyd olunub. Bunun səbəbi isə məlum deyil. 

Araşdırmaçı jurnalist Florens de Çenqi "The Disappearing Act" adlı kitabında təyyarənin Vyetnam yaxınlığında gizli bir əməliyyat zamanı vurulduğunu yazıb.

Onun iddialarına görə, təyyarə lazer silahı ilə məhv edilib. Jurnalist sözügedən təyyarənin lazer silahının sınaqdan keçirildiyi zaman səhvən vurula biləcəyini və ya hər hansı xüsusi yükün yanlış şəxslərə göndərilməsinin qarşısını almaq üçün partladıldığını ehtimal edir.

Kitabda MH370 pilotu Zahari Əhməd Şahın dostu Peter Çonqun ifadələri yer alıb. Çonqun ifadəsinə görə, uçuş zamanı onlar aşağıda xüsusi dəstələrin müəyyən əməliyyata hazırlaşdığını görüblər.

Ümumilikdə təyyarənin qəzaya uğramasının səbəbi ilə bağlı bir çox versiya irəli sürülür.

Orxan İsmayıl / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən